Prokurorluq təqsirləndirilən Qiorqi Baçiaşvili üçün 3 milyon lari məbləğində girov tətbiq edilməsini tələb edir
Prokurorluq təqsirləndirilən Qiorqi Baçiaşvili üçün 3 milyon lari məbləğində girov tətbiq edilməsini tələb edir

Gürcüstan Prokurorluğu təqsirləndirilən Qiorqi Baçiaşvili barəsində qətimkan tədbiri olaraq üç milyon lari girov tətbiq edilməsini tələb edir. Bu barədə ittihamçı tərəf məhkəməyə müraciət edib.

Hazırda şəhər məhkəməsi Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri barəsində seçilmiş qətimkan tədbirinin miqyasını müzakirə edir.

İclasda iştirak edən təqsirləndirilən şəxsin özü məhkəmədə çıxış edib. Qiorqi Baçiaşvilinin dediyinə görə, üç həftə ərzində o, “qara şüşəli avtomobillər tərəfindən izlənilib”.

Gürcüstanın Baş Prokurorluğu Ortaq Sərmayə Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşviliyə qarşı külli miqdarda kriptovalyutanın qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət təqibinə başlayıb.