Prokurorluq - şagirdlər arasında qarşıdurmaya səbəb pnevmatik silah oldu
Prokurorluq - şagirdlər arasında qarşıdurmaya səbəb pnevmatik silah oldu

Baş Prokurorluq, Xorava küçəsində baş verən qətl hadisəsinin detallarını açıqlayır.

Baş Prokurorluq tərəfindən yayılan bəyanatda deyilir ki, şagirdlər arasında qarşıdurma, 51 saylı orta məktəbdə, tənəffüs zamanı başladı.

İstintaq idarəsinin məlumatına görə, dərslərin başa çatmasından sonra, Xorava küçəsində davam etdi.

“İstintaqla müəyyən edildi ki, 2017-ci il dekabrın birində, səhər saatlarında, Tbilisi şəhərinin 51 saylı orta məktəbinin doqquzuncu sinif şagirdlərini, T.Ç. və A.S-nı, tənəfüs zamanı ayaqyolunda yuxarı sinif şagirdləri qarşıladılar və onlardan biri, pnevmatik silahı onlara istiqamətləndirdi. Bu isə narazılığa səbəb oldu və mübahisəyə çevirildi. Yuxarı sinif şagirdlərindən biri  onlara dedi ki, dərslərdən sonra hər ikisini məktəbin kənarında gözləyəcklər.

Baş verənlərdən sonra, münaqişədə olanların yaşının ondan böyük olduğuna görə, A.S. yardım üçün öz həddi büluğa çatmayan qohumuna – M.K.-ya zəng etdi və baş verənlər haqqda danışdı.

Həmin günü, təxminən saat 14:00 radələrində, M.K dostları ilə birlikdə 51 saylı orta məktəbə getdi. Burada ona A.S. və T.Ç. qoşuldular. Məktəbin yanında həmçinin, T.Ç. və A.S ilə münaqişəsi olan onbirinci sinif şagirdləri və on beşə qədər tərfdarı toplaşmışdı.

Duruma aydınlıq gətirmək məqsədi ilə gənclər Xorava küçəsində yerləşən korpusların biriniz həyətinə keçdilər. Gənclər arasında söhbət öncə söz, sonra isə fiziki mübahisəyə çevirildi. Dalaş zamanı, iştirakçılardan biri Q.C. biçaqla, qısdən qətlə yetirmək məqsədi ilə D.S.-ya çoxsaylı zərbələr yetirdi. Q.B. isə, elə həmin bıçaqla, qısdən qətlə yetirmək məqsədi ilə L.D.-ya, ayaq və ürək-sinə nahiyyəsinə iki zərbə yetirdi. Sonra isə, hər iki ittiham olunan hadisə yerindən qaçıb gizləndi.

Vurulan zərbələr nəticəsində, L.D. xəstəxanaya çatdırılana qədər həkal oldu, D.S. isə, ikinci günü, xəstəxanada göstərilən tibb yardımına baxmayara vəfat etdi.

Hüquqmühafizəçilər həddi büluğa çatmayan Q.B.-nı, 2017-ci il dekabrın 2-də Tbilisidə yaxaladı. Ona qarşı, 2017-ci il dekabrın 3-də, Gürcüstan Cinayət Məcəlləsini 109-cu maddənin ikinci hissəsinin “B” müddəası ilə ittiham irəli sürüldü”, – bəyanatda qeyd olunub.

Prokurorluğun məlumatına görə, həddi büluğa çatmayan Q.C-ya qarşı eyni kvalifikasiya ilə ittiham haqqında qərar çıxarılıb və ittihamın irəli sürülməsinin müvafiq hüquqi prossedurları həyata keçirilir.

“İstintaqdan gizləndiyinə görə, onun yaxalanması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Prokurorluq hər iki ittiham olunana qarşı qtiimkan tədbiri olaraq, həbsi tələb edir.

Əgər ona qədər, həddi büluğa çatmayan Q.C-nın yaxalanması mümkün olmazsa, ona qarşı axtarış elan ediləcək. İttiham olunana qarşı irəli sürülən cinayətin mümkün törədilməsi insidentdə iştirak edən bir neçə şahidin ifadəsi ilə sübut olunur.

İş üzrə istintaq, Gürcüstan Cinayət Məcəlləsini 109-cu maddənin ikinci hissəsinin “B” müddəası ilə davam edir. Bu isə 13-dən 17-ə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. İstintaqı Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti aparır”, – Baş Prokurorluq tərəfindən yayılan bəyanatda deyilir.