Prokurorluq Saakaşvilinin ev həbsini tələb edir
Prokurorluq Saakaşvilinin ev həbsini tələb edir

Mixeil Saakaşvilinin həbs edilməsi ilə bağlı ilkin və təcili istintaq tədbirləri davam edir – bu barədə bəyanatı Ukraynanın baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan yayır.

Larisa Sarqanın bəyanatına görə, prokurorluq Mixeil Saakaşvili üçün cəza tədbirləri olaraq, ev həbsini və elektron biləzik taxılmasını tələb edir.

Onun dediyinə görə, Saakaşvilinin yanında vəkilləri var və hərşey qanunvericilik çərçivəsində həyata keçirilir.

Mixeil Saakaşvilinin yerləşdirildiyi müvəqqəti təcridxananın nəzari gücləndirilib, çünki Saakaşvilinin tərəfdarları da oraya yığılıblar.