Prokurorluq Saakaşvili üçün ev həbsini tələb edir
Prokurorluq Saakaşvili üçün ev həbsini tələb edir

Ukrayna Prokurorluğu Mixail Saakaşvili üçün qətimkan tədbiri olaraq ev həbsi və elektron biləziyin gəzdirməsini tələb edir.

İttihamçı tərəf hakimə vasitəçiliklə az öncə müraciət etdi.

“Mixail Saakaşvili iki ay ərzində dinc aksiyalarda məsafədən istirak edə bilər və internet, sosial şəbəkələr vasitəsi ilə planlaşdırılmış tədbirlərə qoşula bilər”, –  iclasda prokuror bəyan etdi.

Müdafiə tərəfi isə Saakaşvilinin zaminlə azad etməsini tələb edir.

Hakimin qərarı hələlik məlum deyil.

 

 

Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsi, 28-ci maddəsinin ikinci hissəsi və 256-cı maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilinir.

Şərh yaz