Nikanor Meliaya qarşı aparılan istintaq işində ittiham edən tərəfin aşkarladığı dəlillər və video-material ilə bağlı Baş Prokurorluq, bugün fövqəladə brifinq keçirərək, bəyanat yaydı.
Prokurorluq həmçinin, Nika Melia ilə bağlı video yayır.
“Gürcüstanın baş prokurorluğu istintaq prosesinin şəffaflığının təmin edilməsi üçün xalq müdafiyəçisi və qeyri-hökümət təşkilatları ilə sıx əməkdaşlıq etməyə davam edir.
İstintaq nəticələri haqqında ictimaiyyətə mərhələ şəklində məlumat veriləcək.
Prokurorluq istintaqın diskreditasiya cəhdlərini reaksiyasız qoymayacaq. Eyni zamanda, müvafiq istintaq orqanları parlament qarşısında qrup zorakılığında iştirak edən şəsxlərin kim olduqlarını dəqiqləşdirəcək və qeyd olunan şəxslər məsuliyyətə cəlb olunacaqlar” – deyilir prokurorluğun bəyanatında.