Prokurorluq, Lübliana küçəsindəki yaralama faktı haqqında məlumat yayır
Prokurorluq, Lübliana küçəsindəki yaralama faktı haqqında məlumat yayır

Prokurorluq, keçmiş həyat yoldaşını qətlə yetrimək cəhdi və polis əməkdaşına qarşı həyata keçirmiş hücum fakt üzrə bir nəfəri cinayət məsuliyyətinə cəlb etmişdir – bu barədə prokurorluq tıərəfindən yayılan məlumatda qeyd edilir. İş noyabrın 30-da, Lübliana küçəsində baş verən fakta aiddir.

“2017-ci il dekabrın birində, vətəndaş B.B-ya qarşı, keçmiş həyat yoldaşını qətlə yetrimək cəhdi və polis əməkdaşına qarşı həyata keçirmiş hücum fakt üzrə, Gürcüstan CM-nin 111,19,109-cu maddəsinin üçüncü hissəsinin “q” müddəası və 19,3531-ci maddənin üçüncü hissəsi ilə,  ittiham irəli sürülmüşdür.

İş üzrə aparılan istintaq ilə müəyyən olunur ki, artıq boşanmış həyat yoldaşları B.B və N.K arasında hüqqi mübahisənin başa çatmasına və qərarın qəbul olunmasına baxmayaraq, 2017-ci il noyabrın 30-da, axşam saatlarında B.B, keçmiş həyat yoldaşı N.K-nın, Lübliana küçəsində, onun yaşayış korpusunda qarçıladı və silah hədəsi ilə həmmülkiyyətində olan evin satılması nəticəsində əldə olunan dönmədən pulun tam ödəməsini tələb etdi, əks təqdirdə həyatının məhvi ilə hədələdi.

Bir neçə dəqiqə ərzində B.B, N.K-nı söz və fiziki təhqir edirdi. Yardıma gələn qonşular polisi çağırası oldular.

Hadisə yerinə gedən polis işçiləri B.B-dan polis əməkdaşlarına təslim olmasını tələb etdi. B.B isə onalara atəş açdı. B.B keçmiş həyat yoldaşını tuşa alaraq, sifət nahiyyəsi istiqamətinə açdığı atəş nəticəsində N.K yerə yıxıldı və B.B patrul polisi əməkdaşlarına qarşı atəşini davam etməyə başladı. Patrul polisi tərəfindən cavab atəşi nəticəsində B.B yaralandı.

B.B və N.K xəstəxanaya yerləşdirildilər və müvafiq tibbi yardımdan sonra hər ikisi oradan çıxarıldı. Yaxalanan B.B müvəqqəti təcridxanasına yerləşdirildi.

B.B-ya qarşı irəli sürülmüş ittiham 16-dan 20-də azadlıqdam məhrum etməni və ya ömürlük cəzanı nəzrdə tutur”, –  Baş Prokuroluqda bəyan edirlər.

 

Şərh yaz