Prokurorluq heyvanla amansız rəftar, eləcə də narkotik vasitə və döyüş sursatının qanunsuz saxlanılması faktları üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq heyvanla amansız rəftar, eləcə də narkotik vasitə və döyüş sursatının qanunsuz saxlanılması faktları üzrə bir nəfər barəsində ittiham irəli sürüb

 
Gürcüstan Prokurorluğu heyvanın şikəst qalması ilə nəticələnmiş amansız rəftar, eləcə də narkotik vasitə və döyüş sursatının qanunsuz saxlanılması faktları üzrə bir nəfər barəsində ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, martın 13-də Tetritsğaro şəhərində əvvəllər məhkumluq həyatı yaşamış və şərti həbs cəzasına məhkum edilmiş şəxs küçədə itin hürməsindən qəzəbləndiyinə görə, qisas məqsədi ilə heyvana balta ilə xəsarət yetirib, bu isə onun şikəst olmasına səbəb olub. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin yaşadığı ünvandan qanunsuz saxlanılan külli miqdarda narkotik vasitə – 130,6 qram qurudulmuş marixuana və döyüş sursatı götürülüb.

Təqsirləndirilən şəxs martın 13-də saxlanılıb. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 238-ci əlavə maddəsinin ikinci hissəsi (qəsdən cinayət törətdiyinə görə mühakimə edilmiş şəxs tərəfindən soyuq silah gəzdirmə), 259-cu maddəsinin birinci hissəsi (heyvana qarşı amansızlıq), 273-cü maddəsinin beşinci hissəsinin “b” yarım bəndi (qanunsuz olaraq marixuana əldə etmə və saxlama, külli miqdarda, dəfələrlə törədildikdə) və 236-cı maddəsinin üçüncü hissəsi (döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanması) ilə ittiham irəli sürülüb, bu da cəza olaraq 3 ildən 6 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcək.

Məlumatı Gürcüstan Prokurorluğunun mətbuat xidməti yayır.