Prokurorluq gizli video-yazılarla bağlı həbs edilən şəxslərdən 10 nəfəri üçün həbs cəzasını tələb edir
Prokurorluq gizli video-yazılarla bağlı həbs edilən şəxslərdən 10 nəfəri üçün həbs cəzasını tələb edir

Prokurorluq gizli video-yazılarla bağlı həbs edilən şəxslərdən 10 nəfər üçün həbs cəzasını tələb edir, digərləri üçün isə, girov – bu barədə məlumatı jurnalistlərə prokuror Tornike Marsagişvili verdi.

Onun dediyinə görə, video-yazıları yayan şəxslərə qarşı həbs cəzası tətbiq olunacaq, yazıları oğurlayıb qeyri-qanuni şəkildə saxlayanlar isə, girov əvəzinə sərbəst buraxıla bilərlər.

İstintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxslər, digər insanların şəxsi həyatının detallarını əks etdirən videoları müxtəlif mənbələrdən tapıblar.

Fevralın 1-də DİN qeyd olunan videoları Youtube-a yükləyən şəxsi həbs etdi.

Ona qədər isə, faktla bağlı, Daxili İşlər Nazirliyi 16 nəfəri həbs etdi.

“Milli Hərəkat”-ın nümayəndələri bəyan edirlər ki, gizli videolarla bağlı onların iki aktivisti həbs edilib.