Prokurorluq büdcə məbləğlərinin yeyintisi ilə bağlı istintaq aparır
Prokurorluq büdcə məbləğlərinin yeyintisi ilə bağlı istintaq aparır

Gürcüstanın baş prokurorluğunda, Tbilisi meriyasının daxili audit xidmətindən göndərilən yekunlaşdırıcı qərar əsasında, Uşaq Bağçalarının İdarə agentliyində, büdcə məbləğlərinin məqsədsiz xərclənməsi ilə bağlı istintaq aparılır.

Bu barədə bəyanatı prokurorıuq yayır.

Prokurorluğun məlumatına görə, meriyanın daxili auidit və monitorinqinin yekun nəticəsinə əsasən, uşaq bağçalarının qida ilə təmin edilmə prosesində, əsas güzəşt MMC “Elf”-ə verilirdi və bu da həmin şirkətin məhsullarının bahalanmasına səbəb olurdu.

Bundan əlavə, 2017-ci ilin may ayından, prokurorluq “Pulsuz Yeməkxanalar Xidmətinin” proqramı ilə nəzərdə tutulan tenderlərdə qalib gələn şəxlər tərəfindən müəyyən məbləğlərin mənimsəmnəsi faktı ilə bağlı da istintaq aparır.

Qeyd olunan məsələ ilə bağlı istintaqın başlanmasına, “Yeni Gürcüstan” siyasi platformanın sədri Giorgi Vaşadzenin bəyanatı səbəb oldu. Vaşadze demişdi ki, “Pulsuz Yeməkxanalar xidmətinin” dövlət proqramları ilə nəzərdə tutulan tenderlərdə qalib gələn şirkətlər, müvafiq qamqeobalara hər gün qida məhsullarının artan qiymətlərini təqdim edirlər.

Prokurorluğun məlumatına görə, istintaq nəticəsində məlum oldu ki, Tbilisidə pulsuz yeməkxanalar xidmətinin tenderində qalib gələn şirkətlərdən biri də elə, MMC “Elfdir”.

Prokurorluğun bəyanatına görə, 2017-ci ilin dekabrın 21-dən, qeyd olunan məsələlərlə bağlı istintaq sadəcə MMC “Elfdə” deyil, həmçinin “Uşaq Bağçalarının idarə agentliyindədə aparılır.