Prokurorluq "Ambassador"da baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi və məcburi psixiatrik müalicə tələbi ilə məhkəməyə müraciət edib
Prokurorluq "Ambassador"da baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi və məcburi psixiatrik müalicə tələbi ilə məhkəməyə müraciət edib

Gürcüstan Prokurorluğu “Ambassador” otelində baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi və məcburi psixiatrik müalicə tələbi ilə məhkəməyə müraciət edib.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, martın 31-də “Ambassador” mehmanxanasında qalan şəxs qaldığı otaqda müxtəlif əşyaları yandırıb, nəticədə otelin 3-cü və 4-cü mərtəbələrinə ziyan dəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi martın 31-də yaxaladılar. O, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi (yandırmaqla əmlaka zərər vurma) ilə ittiham olunub və bu, üç ildən beş ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Təqsirləndirilən şəxsin psixi vəziyyətinin yoxlanılması məqsədilə  “Levan Samxarauli adına Milli Ekspertiza Bürosu”nda psixiatrik ekspertiza keçirilib və müəyyən edilib ki, təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman özündə olmayıb və o, hərəkətlərinin faktiki xarakterini dərk edə və ona rəhbərlik edə  bilməyib.  Bundan dolayı ona məcburi müalicə lazımdır.

Məlumatı Gürcüstan Prokurorluğu yayıb.