Prokurorluq 51 saylı məktəbin yanındakı qətl faktının ört-bastır edilməsinə görə 5 nəfəri məsuliyyətə cəlb etdi
Prokurorluq 51 saylı məktəbin yanındakı qətl faktının ört-bastır edilməsinə görə 5 nəfəri məsuliyyətə cəlb etdi

Tbilisi Prokurorluğu, 51 saylı məktəbin yanındakı, yeniyetmənin qəsdən qətli faktının ört-bastır edilməsinə görə 5 nəfəri – T.K, M.K, L.K, Q.Ş, Z.S-nı cinayət məsuliyyətinə cəlb etdi.

“İstintaqla müəyyən edildi ki, qeyd olunan şəxslər həddi büluğa çatmayan Q.C. tərəfindən xüsusi ilə ağır cinayətin, qəsdən qətlin törədilməsini ört-bastır etdilər. Onlar fəal hərəkətlərə cinayət izinin itirilməsinə, dəllilərin gizlədilməsinə və Q.C.-nın qaçıb gizlənməsinə kömək etməyə çalışdılar.

Qeyd olunan insanlara ittiham Gürcüstan Cinayət Məcəlləsinin 375-ci maddəsi ilə irəli sürüldü.

İttiham olunanlardan 3 nəfər yaxalanıb, iki nəfərə isə həddi büluğa çatmayanın ədalət məcəlləsi yayılır. Buna görə də onların yaxlanması baş vermədi. Daha dəqiq, onlardan biri 17 yaşındadır və nisbətən az ağırlıqdaki cinayətə görə qanun onun yaxalanmasını nəzərdə tutmur. İkincisi isə 21 yaşına qədərdir, törətdiyi cinayəti boynuna alır və istintaqla əməkdaşlıq edir, həmçinin qeyd olunan  iş üzrə onun atası müttəhim qismində yaxalanıbdır.

Qeyd olunan ittiham 3 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – bəyanatda qeyd olunub.