Prokurorluq 14 yaşlı qızın qəsdən öldürülməsi işində təqsirləndirilən şəxsin əmisi və əmisi oğluna qarşı ağır cinayət barədə məlumat verməmək faktı üzrə ittiham irəli sürüb
Prokurorluq 14 yaşlı qızın qəsdən öldürülməsi işində təqsirləndirilən şəxsin əmisi və əmisi oğluna qarşı ağır cinayət barədə məlumat verməmək faktı üzrə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu 14 yaşlı qızın qəsdən öldürülməsində təqsirləndirilən şəxsin əmisi və əmisi oğluna qarşı, ağır cinayət barədə məlumat verməmək faktı üzrə ittiham irəli sürüb. Məlumatı prokurorluq yayır.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, 2023-cü ilin yayında azyaşlını nikaha daxil etmək məqsədilə qaçıran şəxs qanunsuz olaraq onun azadlığının qarşısını alaraq, Saqareco rayonu Ləmbəli kəndində, azyaşlı qızın yerdəyişmə azadlığının məhdudlaşdırıldığı dayısı evinə gətirib. Bu, adam oğurluğunun əmisi və əmisi oğluna məlum olub, lakin onlar cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Daha sonra qaçırılan azyaşlı orada qaça və naməlum şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayaraq onun oğurlanması barədə məlumat verə bilsə də, ailə üzvləri qızı qaçıran şəxsə qaytararaq onunla yaşamağa məcbur ediblər.

Qızı qaçıranın əmisi və əmisi oğluna qarşı Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin birinci hissəsi (ağır cinayətin törədildiyini həqiqətən bilən şəxs tərəfindən cinayət barədə məlumat verməmə) ilə ittiham irəli sürülüb və bu, iki ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır

Prokurorluq təqsirləndirilən şəxslərə qarşı həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, 14 yaşlı azyaşlının qəsdən qətlə yetirilməsi işində, 3 nəfərə cinsiyyət zəminində törədilmiş qəsdən adam öldürmə, qanunsuz odlu silah gəzdirmə və qanunsuz olaraq azadlıqdan məhrum etmə faktları üzrə cinayət işi açılıb, o cümlədən qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs həbs edilib. Qətlə yetirilən şəxsin anası və dayısı isə nikaha məcbur etmək və cinayət barədə məlumat verməməkdə ittiham olunurlar.

Onların hər üçü üçün prokurorluğun vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Gürcüstan Prokurorluğu bu kateqoriyadan olan işlərdə ən sərt cinayət hüququ siyasətini həyata keçirir. Sözügedən iş üzrə təqsirləndirilən bütün şəxslər törətdikləri ağır cinayətə görə qanun çərçivəsində ən sərt şəkildə cavab verəcəklər”, – deyə prokurorluğun məlumatında bildirilir.