Prokuror Badri Patarkatsişvilinin işi ilə bağlı Davit Axalaiaya qarşı da cinayət işinin qaldırılacağını istisna etmir
Prokuror Badri Patarkatsişvilinin işi ilə bağlı Davit Axalaiaya qarşı da cinayət işinin qaldırılacağını istisna etmir

İstintaqın müvafiq dəlillərin aşkarladığı halda, cinayət işinin, KTD-nin sabiq rəhbəri Davit Axalaiaya qarşı qaldırılacağı istisna etmirəm, – bu bəyanatı qərarı prokuror Davit Qumberidze Birinci Kanalın “Moambe- günün mövzusu” proqramında verdi.

“Bu mərhələdə, hələ kifayət qədər dəlil yığılmayıb, ancaq müvafiq dəlillərin toplandığı təqdirdə, Davit Axakaiaya qarşı cinayət işi qaldırıla bilər. İndi ki vəziyyətdə isə, istintaq tərəfindən, konkret olaraq, üç nəfər ittiham olunur” – dedi Qumberidze.

Aparıcının Mixeil Saakaşviliyə qarşı da cinayət işinin qaldırılacağı ehtimalı haqqında sualına prokuror cavab verdi ki, prokurorluq bu işi hələ müzakirə etməyə davam edir və müvafiq faktların təsdiqləndiyi halda, heçnə istisna deyil.