Professiyonal məktəblərdə təhsil almaq istəyənlərin qeydiyyatı sabahdan başlayır

Professiyonal təhsil almaq istəyənlər üçün qeydiyyat sabahdan başlayır. Qeydiyyat prosesi oktyabrın 19-a qədər davam edəcək.

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına görə, 9 sinifi bitirdiyi haqqında müvafiq sənədi olan, maraqlanan şəxslər, dövlət maliyyələşdirilməsi ilə, qeyd olunan məktəbdə istədiyi peşəyi öyrənə bilərlər.

Öyrənilən professiyalar və peşələr arasında: turizm, inşaat, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları və digər istiqamətlər var.

İstəyən şəxslər, öz aplikasiyalarının elektron rejimdə, www.vet.emis.ge-səhifəsində təqdim edə bilərlər.

Keçən ildə olduğu kimi, 2018-ci ilin payız qəbulunda da, gürcü dilini yaxşı bilməyən milli azlıqların nümayəndələri üçün testləri rus, azərbaycan və erməni dilində keçmək imkanı veriləcək.

Profesiyonal məktəbdə təhsil noyabrın 26-da başlayacaq.