"Pride" festivalının keçiriləcəyinin elan edildiyi "Lisi Wonderland"ın ətrafı etirazçılar tərəfindən zəbt edilib
"Pride" festivalının keçiriləcəyinin elan edildiyi "Lisi Wonderland"ın ətrafı etirazçılar tərəfindən zəbt edilib

“Pride” festivalının keçiriləcəyinin elan edildiyi “Lisi Wonderland”ın ətrafı tədbirin keçirilməsinə etiraz edən aksiya iştirakçıları tərəfindən zəbt edilib.

Gürcüstanın Birinci Kanalının müxbirinin hadisə yerindən verdiyi məlumata əsasən, aksiya iştirakçıları polis kordonunu yarıblar. Təxminən bir saat ərzində polis daxili əraziyə girməyə cəhd edən nümayiş iştirakçılarının qarşısını ala bilib. Ayrı-ayrı toqquşma halları olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri ərazidən çıxarıblar.

Birinci Kanalın müxbirinin verdiyi məlumata əsasən, hazırda çoxlu sayda asayiş keşikçisi əsas girişdə səfərbər olunub. Onlar bu vaxtadək mitinq iştirakçılarının daxili məkana, bilavasitə “Tbilisi Pride”nin infrastrukturunun olduğu və səhərdən hazırlıqların aparıldığı yerə daxil olmasına imkan vermirlər.

Qeyd edək ki, “Tbilisi Pride” bu yaxınlarda bəyanat yaydı və festival iştirakçılarının ərazini tərk etməli olduqlarını bildirdi. Bəyanatda festivalın keçirilməyəcəyi və ya başqa ərazidə keçiriləcəyi deyilmir.