Prezidentliyə namizədlərin debatları - Kim kimə qarşı
Prezidentliyə namizədlərin debatları - Kim kimə qarşı

Prezident namizədlərinin bir hissəsi siyasi debatlar üçün hazır olduğunu və kiminlə debatlarda iştirak etmək istədiyini bildirdi.

Davit Usupaşvili debatlarda iştirak etməyi Salome Zurabişvili və Qriqol Vaşadzeyə təklif etdi.

“Girçi”-nin prezident namizədi Zurab Caparidze isə, bəyan etdi ki, hərhansı namizədlə debatlara hazırdır, ancaq, iqtidar tərəfindən dəstəklənən namizədlə qarşılaşmağı tərcih edərdi.

Müstəqil namizəd Salome Zurabişvili debatlara Davit Bakradze və Qriqol Vaşadzeyi dəvət etdi və onlar da razı olduqlarını bildirdilər.

Temur Şaşiaşvili debatlarda iştirak etmək üçün Salome Zurabişvili, Qriqol Vaşadze və David Bakradzeyi dəvət etdi.

Debatlar Birinci Kanalın efirində yayımlanacaq.