Prezidentin andiçmə mərasiminin detalları yaxın iki gün ərzində məlum olacaq
Prezidentin andiçmə mərasiminin detalları yaxın iki gün ərzində məlum olacaq

Gürcüstan prezidentinin andiçmə mərasiminin detalları yaxın iki gün ərzində məlum olacaq. Bu barədə jurnalistlərə seçilmiş prezident, Saome Zurabişvili bəyan etdi.

Onun dediyinə görə, bu məsələ üzrə bu gün və ya sabah brifinq keçiriləcək.

“Andiçmə mərasimi barəsində bu gün və ya sabah brifinq keçirəcəyik ki, sizə detallarını çatdıraq”, – Salome Zurabişvili bəyan etdi.

Prezident administrasiyasının komplektləşdirilməsinə gəldikdə, Zurabişvilinin dediyinə görə, proses yaxın günlərdə başa çatacaq.

Prezidentin andiçmə mərasimi dekabrın 16-da keçiriləcək.

Prezident administrasiyasına güman edildiyinə görə, Laşa Jvaniya rəhbərlik edəcək.

 

Şərh yaz