Prezidentin Administrasiyası - Prezident may ayında futbol üzrə milli komandanın üzvlərinin mükafata layiq görülməsi haqda aktı qəbul edib, mükafatlandırma mərasimi isə sentyabrda keçiriləcək
Prezidentin Administrasiyası - Prezident may ayında futbol üzrə milli komandanın üzvlərinin mükafata layiq görülməsi haqda aktı qəbul edib, mükafatlandırma mərasimi isə sentyabrda keçiriləcək

 
Prezidentin Administrasiyası futbol üzrə milli komandanın üzvlərinin mükafata layiq görülməsi məsələsi ilə bağlı bəyanat yayır və izah edir ki, cari ilin mayın 23-də Gürcüstanın Prezidenti sərəncamlar qəbul edib, bununla da təqdim edilmiş şəxslər Şərəf ordeni və medalına layiq görülüblər.

Prezidentin Administrasiyasında qeyd etdikləri kimi, mayın sonunda Orbelianebi sarayında rəsmi mükafatlandırma mərasiminin keçirilməsi planlaşdırılırdı, bu isə milli komandanın üzvlərinin Gürcüstanda olmaması səbəbindən baş tutmayıb.

“Bu gün guya prezidentin futbol üzrə milli komandanın üzvlərini və milli futbol federasiyasının nümayəndələrini mükafata layiq görməkdən imtina etməsi haqda dezinformasiya yayıldı.

Mövcud təcrübəyə müvafiq olaraq, Gürcüstanın Prezidenti mükafatların təqdim olunmasına bir neçə gün qalmış mükafata layiq görülmə haqda akt qəbul edir. Bu dəfə də belə oldu, 2024-cü ilin mayın 23-də Gürcüstanın Prezidenti sərəncamlar (n:23/05/02 və n:23/05/01) qəbul etdi, bununla da təqdim edilmiş şəxslər “Şərəf” ordeni və medalına layiq görülüblər. Mayın sonunda Orbelianebi sarayında rəsmi mükafatlandırma mərasiminin keçirilməsi planlaşdırılırdı, bu isə milli komandanın üzvlərinin Gürcüstanda olmaması səbəbindən baş tutmadı.

Milli komandanın növbəti görüşü sentyabrın əvvəlində Gürcüstanda keçiriləcək. Məhz bu zaman Gürcüstanın Prezidenti Orbelianebi sarayında milli komandanın üzvlərinə və Futbol Federasiyasının nümayəndələrinə mükafatları təqdim edəcək”- Prezidentin Administrasiyasının bəyanatında deyilir.