Prezident yeni il ərəfəsində 14 məhkumu əfv edib
Prezident yeni il ərəfəsində 14 məhkumu əfv edib

 

Gürcüstan prezidenti Salome Zurabişvili 14 məhkumu əfv edib.

Yeni il ərəfəsində prezidentin əfv etdiyi məhkumlardan 9-u bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək, bir məhkumun cəzaçəkmə müəssisəsində cəzasını çəkmə müddəti azaldılıb.

Digər 4 məhkum şərti cəzadan sonrakı cəzadan, şərti cəzanın müddətinin azaldılması, ev dustaqlığından azad edilmə, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılmasından azad edilməsi kimi müxtəlif növ cəzalardan azad edilib.

Əfv aktı Gürcüstan prezidenti tərəfindən 2021-ci il dekabrın 31-də çıxarılıb.

Şərh yaz