Prezident sarayında Macarıstan prezidentinin rəsmi qarşılama mərasimi keçirildi
Prezident sarayında Macarıstan prezidentinin rəsmi qarşılama mərasimi keçirildi

Gürcüstanda rəsmi səfərdə olan Macarıstan prezidenti Yanoş Aderi bugün prezident sarayında rəsmi mərasimlə qarşıladılar.

Qarşılama mərasimindən sonra, Macarıstan və Gürcüstan tərəfləri çox formatlı görüş keçirəcəklər.

Görüşdən sonra isə, prezidentlər medyanın suallarını cavablandıracaqlar.

Macarıstan prezidenti bugün parlamentin sədri Arçil Talakvadze ilə də görüşəcək.

Səfər çərçivəsində, prezident məşhur macar rəssamı Mixai Ziçi tərəfindən “Pələng dərili pəhləvan” əsəri üçün çəkilən rəsm əsərlərinin sərgisində iştirak edəcək.

Yanoş Ader Gürcüstanın müstəqilliyi uğrunda həlak olan qəhramanların memorialına əklil qoyacaq.

Rəsmi səfər çərçivəsində, Ader işğal xəttini də ziyarət edəcək.

Yanoş Ader Gürcüstana həyat yoldaşı ilə bərabər gəlib.