Prezident sarayında Konstitusiya günü qeyd olunacaq
Prezident sarayında Konstitusiya günü qeyd olunacaq

Gürcüstan Konstitusiyasının qəbul edilməsi günü münasibəti ilə prezident sarayında bugün rəsmi qəbul mərasimi keçiriləcək.

Tədbirə icraçı, qanunverici və məhkəmə iqtidarlarının qüvvədə olan və sabiq üzvləri və həmçinin Konstitusiya orqanlarının digər üzvləri dəvət ediliblər.

Tədbirdə iştirak edən qonaqlara nitqlə Gürcüstan prezidenti, Gürcüstan parlamentinin sədri və konstitusionalist Avtandil Demetraşvili nitqlə müraciət edəcəklər.

Prezident sarayında bugün Gürcüstan arxivində qorunan sənədlər və 1921 və 1995-ci illərdəki konstitusiyanın originalları və foto-materiallar sərgilənəcək.

1995-ci ilin avqustun 24-də, o zamanki parlament tərkibi ali qanunu qəbul etdi və konstitusiya günü Gürcüstanda bu tarixdə qeyd olunur.