Prezident “Milli Bank haqqında” qanuna dəyişikliklərə veto qoyub
Prezident “Milli Bank haqqında” qanuna dəyişikliklərə veto qoyub

 

“Milli Bank haqqında” üzvi qanuna dəyişikliklərə veto qoyuram, çünki nə zəruri, nə təcili, nə də əsaslandırılmışdır!-bu barədə Gürcüstan Prezidentinin bəyanatında qeyd olunur.

“Bu gün nə baş verir?

Milli Bankın prezidentinin seçilməsi prosesi gedir. Gürcüstan Prezidenti Milli Bankın Şurasının iki üzvünün namizədliyinin parlamentə irəli sürülməsi üzərində işləyir.

Bu prosesə paralel olaraq parlament qanunvericilik düzəlişləri qəbul edib– Gürcüstan Prezidenti Milli Bankın yeni rəhbərini təyin edənə qədər Milli Bankın prezidenti səlahiyyətlərini icra edəcək birinci vitse-prezident olaraq bir vəzifə əlavə edir.

Əlavə vitse-prezident vəzifəsinə nə ehtiyac var?

3 vitse-prezidentdən birinin prezidentin səlahiyyətlərini azad şəkildə icra edə bilməsi mümkün ikən, bu, təcrübə ilə təsdiqlənir.

Beləliklə belə bir sual yaranır: görəsən vitse-prezidentliyə namizədlərin heç biri hakimiyyəti qane etmirmi və əlavə yer yaratmağa ehtiyac varmı?

Həmçinin, Gürcüstan Prezidentinin təqdim etdiyi namizədlər parlamentin dəstəyini qazanmasa, qanunun birinci vitse-prezidentə qeyri-müəyyən müddətə Milli Bankın prezidenti vəzifəsini icra etməyə imkan yaratması ilə bağlı şübhə yaranır.

Bu cür şübhələr aradan qaldırılmalıdır, çünki əks halda Milli Bankın müstəqillik prinsipi sual altına düşə bilər.

Beləliklə, Gürcüstan Prezidenti ölkənin maraqlarından irəli gələrək vetonun aradan qaldırılmayacağına və onun təklif etdiyi əsaslandırılmış iradların nəzərə alınacağına ümid edir” -deyə Gürcüstan Prezidentinin bəyanatında deyilir.