Prezident - Marika Lordkipanidzenin gələcək nəslin inkişafına qoyduğu əməyi əvəzsizdir

Gürcüstan prezidenti alim Lordkipanidzenin vəfatı ilə bağlı baş sağlığı verir.

Prezidentin bəyan etdiyinə görə, Marika Lordkipanidzenin bir tarixçi olaraq, ölkənin elmi inkişafına qatqısı böyük oldu.

“Xanım Marika Lordkipanidzenin vəfatı ilə bağlı dərin üzüntümü bildirirəm, Marika Lordkipanidzenin 70 illik fəaliyyəti ölkəmizin elmi inkişafı üçün əvəzsiszdir. 

Onun ailə üzvlərinə və yaxınlarına bu ağır dəqiqələrdə baş sağlığı diləyirəm. 

Müasir gürcü elmi üçün onun vəfatı böyük itki olacaq” – deyilir prezidentin məktubunda.

Alim Marika Lordkipanidze 95 yaşında vəfat etdi.