Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, işğal edilmiş Sxinvalidə ölən Arçil Tatunaşviliyi Şərəf Ordeni ilə təltif etdi.
Bu barədə prezident, Arçil Tatunaşvilinin Muxatqverdi Qardaş qəbristanlığında dəfn edildiyindən sonra bəyan etdi.
Arçil Tatunaşvili Gürcüstanın silahlı qüvvələrində xidmət edirdi və beynəlxalq missiyalarda iştirak edirdi.
Sabiq hərbçi 2018-ci ilin fevralın 22-də, işğal edilən Sxinvalidə həbs edildi və onun ertəsi gün öldü.
İşğal edilmiş Sxinvali iqtidarı onun cəsədini ancaq bir aydan sonra, martın 20-də ailəsinə qaytardı.
Ekspertiza nəticəsində məlum oldu ki, sabiq əsgər işgəncə edilərək, öldürülüb.