Prezident Administrasiyası - Salome Zurabişvili və Vaxtanq Qomelauri bugünkü görüşdə ölkənin qarşısında duran çağırışları müzakirə ediblər
Prezident Administrasiyası - Salome Zurabişvili və Vaxtanq Qomelauri bugünkü görüşdə ölkənin qarşısında duran çağırışları müzakirə ediblər

 

Gürcüstan prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Prezident Administrasiyasından verilən məlumatda görüşdə ölkənin qarşısında duran çağırışların müzakirə edildiyi deyilir.

“Prezident nazirlik tərəfindən Rusiyadan Gürcüstana vətəndaşların daxil olması ilə bağlı məlumat yayılmasını alqışlayıb.

Görüş zamanı prezident məsələ ilə bağlı dolğun məlumat alıb və qeyd edib ki, onu narahat edən məsələ ilə bağlı ictimaiyyətin hərtərəfli məlumat əldə etməsi vacibdir. Bununla belə, cəmiyyətdə məsələ ilə bağlı sualların olmaması, risklərin nəzərə alındığına dair təəssüratın olması üçün hakimiyyət tərəfindən bütün mexanizmlərdən, o cümlədən Milli Təhlükəsizlik Şurasının formatından istifadə edilməsi də vacibdir “- deyə məlumatda deyilir.