Prezident Administrasiyası - qətl törətməkdə təqsirləndirilən şəxsin prezident tərəfindən əfv olunması ilə bağlı məlumatı qəti şəkildə təkzib edirik
Prezident Administrasiyası - qətl törətməkdə təqsirləndirilən şəxsin prezident tərəfindən əfv olunması ilə bağlı məlumatı qəti şəkildə təkzib edirik

 

Gürcüstan Prezidentinin Administrasiyası “TV Pirveli” tərəfindən qətldə təqsirləndirilən şəxsin guya prezident tərəfindən əfv olunması ilə bağlı yayılan məlumatı qəti şəkildə təkzib edir – bu barədə Gürcüstan prezidentinin Salome Zurabişvilinin administrasiyasının yaydığı bəyanatda deyilir.

“Əfv kimi həssas mövzuda yoxlanılmamış məlumatların yayılması ya məsuliyyətsiz və qeyri-peşəkar yanaşmanın göstəricisi ola bilər, ya da prezident institutunu və əfv mexanizmini gözdən salmaq cəhdi ola bilər.

Prezident Administrasiyası “TV Pirveli”-ni telekanalın əsas xəbərlər proqramında yaydığı məlumatları dərhal təkzib etməyə və sözü gedən bəyanatı ictimailəşdirməyə çağırır” – deyə Prezident Administrasiyasının bəyanatında deyilir.