Potidə,Fövqəladə Vəziyyətlərin Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin 26 əməkdaşının koronavirusa yoluxması təsdiqlənməyib,  32 nəfərlə bağlı cavablar isə daha sonra bilinəcək
Potidə,Fövqəladə Vəziyyətlərin Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin 26 əməkdaşının koronavirusa yoluxması təsdiqlənməyib, 32 nəfərlə bağlı cavablar isə daha sonra bilinəcək

Potidə,Fövqəladə Vəziyyətlərin Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin əməkdaşlarının bir hissəsinin tədqiqat cavabları məlumdur.

26 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib,32 nəfərlə bağlı isə cavabları gözləyirlər.

Sözü gedən bu tədqiqat planlı şəkildə aparılır və prevensiya məqsədi daşıyır.

″Cəmdə 58 nəfərdən bioloji nümunə götürülüb.Onlardan 26-sı ilə əlaqədar cavablar artıq məlumdur və hamısı mənfidir.Bəhsi keçən tədqiqat artıq ikinci dəfə aparılır və plana əsasən,14 gündə bir dəfə keçirilir.Hazırda 58 nümunə götürülüb.Nümunələr PCR texnologiya vasitəsi  ilə tədqiq olunmaq üçün Zuqdidinin YXX-nın laboratoriyasına göndərilib″-bu barədə Fövqəladə Vəziyyətlərin  Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin rəhbəri,Keso Qelenidze bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva