Potidə TIR ilə təcili yardım maşını toqquşub, 3 nəfər xəsarət alıb
Potidə TIR ilə təcili yardım maşını toqquşub, 3 nəfər xəsarət alıb

 
Potidə baş verən yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə şahidi Maltağva məhəlləsində TIR ilə təcili yardım maşınının toqquşduğunu bildirib. Təcili yardım maşını xəstəni aparırmış.

Hadisə nəticəsində xəsarət alanlar klinikaya yerləşdiriliblər. Hadisə yerinə polis səfərbər olunub.

Daxili İşlər Nazirliyi faktla bağlı Mülki Məcəllənin nəqliyyatın hərəkəti və ya istismarı qaydalarını pozmanı nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladıldığına dair məlumat yayır.