Potidə koronavirus ilə əlaqədar test olunmuş gömrük əməkdaşlarının Covid 19-a yoluxmaları təsdiqlənməyib
Potidə koronavirus ilə əlaqədar test olunmuş gömrük əməkdaşlarının Covid 19-a yoluxmaları təsdiqlənməyib

 

 

Potidə gömrük əməkdaşları koronavirus ilə bağlı test olunublar və onların heç birinin Covid 19-a yoluxması təsdiqlənməyib.

Bununla yanaşı ,İctimai Səhiyyə Mərkəzindən verilən məlumata görə,özünü təcrid etmiş şəxslər mütəmadi olaraq test olunurlar və onların sağlamlıq vəziyyəti stabildir.

″Gəlirlər Xidmətində işlə təmin olunmuş şəxslərin test olunması prosesi başa çatdı.Xoşbəxtlikdən , bütün nəticələr mənfidir.İki trayler sürücüsü özünü təcrid edib,özünü təcrid müddəti başa çatan kimi tədqiq olunacaqlar və böyük ehtimalla özünü təcrid rejimindən azad olunacaqlar.Həmçinin Covid 19-a yoluxmuş sürücü ilə kontaktda olan 5 nəfər var,onlar da özlərini təcrid ediblər. İlkin tədqiqat nəticəsində virusa yoluxmaları təsdiqlənməyib.Həftənin bazar ertəsi günü təkrar tədqiqat planlaşdırılır və nəticəyə uyğun olaraq hərəkət edəcəyik″-deyə İctimai  Səhiyyə Mərkəzinin direktor müavini,Zinaida Qaqua bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva