Potidə güclü yağış nəticəsində bir neçə küçə, həyətlər və yaşayış evlərinin zirzəmiləri su altında qalıb
Potidə güclü yağış problemlər yaradıb. Bir neçə küçəni, həyət və yaşayış evlərinin zirzəmilərini su basıb.
Munisipalitetdən qeyd edildiyi üzrə, meriyanın müvafiq xidmətləri fövqəladə rejimdə işləyirlər.
“Şəhərin bir neçə küçəsi su altında qalıb. Meriyanın müvafiq xidmətləri fövqəladə rejimdə işləyir və zərurət yaranarsa, dərhal reaksiya verirlər”, – meriyanın məlumatında deyilir.
Sinoptiklərin məlumatına görə, bol yağıntılı hava şəraiti oktyabrın 6-dək davam edəcək.