Potidə güclü külək yaşayış binasının bir hissəsinin damını uçurub, avtomobillərə ziyan dəyib
Potidə güclü külək yaşayış binasının bir hissəsinin damını uçurub, avtomobillərə ziyan dəyib

 
Yağış və güclü külək Potidə problemlər yaradıb.

Güclü külək Kostava küçəsində yerləşən beşmərtəbəli binanın bir hissəsinin damını uçurub, həmçinin avtomobillərə də ziyan dəyib.

Hidroqrafik xidmətin sinoptik bölməsindən verilən məlumatda deyildiyi kimi, noyabrın 27-də gün ərzində Qara dənizin sahil zolağında 6-7 bal gücündə fırtına qeydə alınır, axşam 5-6 bal gücündə fırtına olacaq. Həmçinin gün ərzində güclü külək əsəcək, vaxtaşırı bol yağıntı qeydə alınır. Sinoptiklər sabahdan etibarən fırtınanın gücünün nisbətən azalacağını, güclü küləyin isə üç gün davam edəcəyinin gözlənildiyini bildirirlər.