Polşada parlament seçkiləri keçirilir
Polşada parlament seçkiləri keçirilir

Polşada parlament seçkiləri keçirilir. Polşanın idarəçi “Hüquq və Ədalət” partiyası üçüncü dəfə seçkilərdə qalib gəlməyə çalışacaq.

Polşa müxalifəti iddia edir ki, hakim partiyanın seçkilərdə qələbə qazanması ölkəni Avropa İttifaqından çıxmaq yoluna aparacaq.

Polşada seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılıb və axşam saat 21:00-da bağlanacaq.

Polşa vətəndaşları Seymin 460, Senatın isə 100 üzvünü seçəcəklər.

Rəy sorğuları hakim “Qanun və Ədalət” partiyasının üstünlük əldə edəcəyini, lakin çoxluğu itirə biləcəyini göstərir.

Bundan əlavə, seçicilər referendumun suallarını cavablandıracaqlar – pensiya yaşı, dövlət aktivlərinin özəlləşdirilməsi, Avropa İttifaqının digər ölkələrindən qeyri-qanuni miqrantların qəbulu və Belarus sərhədinin möhkəmləndirilməsi.