Polşa ABŞ-dan 28 ədəd döyüş tankı alıb
Polşa ABŞ-dan 28 ədəd döyüş tankı alıb

 

250 ədəd “Abrams” tankının satın alınmasına dair müqavilə çərçivəsində Polşa ABŞ-dan 28 ədəd döyüş tankı alıb.

Ukrayna mətbuatının məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

“Abrams” tanklarının ilk 28 ədədi polşalı tank sürücülərinin hazırlanması üçün Polşaya gətirilib” -deyə Blaşçak bildirib.

Onun sözlərinə görə, bu, apreldə imzalanmış sazişin birinci mərhələsidir.

Polşanın müdafiə naziri, Rusiyanın Ukraynaya qarşı təcavüzü zamanı zirehli texnika və artilleriyadan fəal şəkildə istifadə etdiyini bildirir.

“Bundan irəli gələrək, özümüzü dünyanın ən yaxşı və ən müassir tankları ilə təmin etmək rus təcavüzkarın qorxudulmasının zəmanəti olacaq” -deyə Blaşçak bildirib.