Polşa 2036 -cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir #1TVSPORT
Polşa 2036 -cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir #1TVSPORT

Polşa prezidenti Anjey Duda bildirib ki, ölkə 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.

“Bildirmək istərdim ki, Polşa Olimpiya Komitəsinin rəhbərliyi, idman və turizm naziri və hökumətlə məsləhətləşmələr nəticəsində 2036-cı il Yay Olimpiya Oyunları üçün mübarizəyə başlamaq bizim ambisiyamız və planımızdır”, – Duda deyib.

Hazırda, 2036-cı il Olimpiadasına İndoneziya, Meksika və Hindistanın ev sahibliyi etmək istədiyi məlumdur.

Növbəti Olimpiya Oyunları 2024-cü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə keçiriləcək.