"Politico" - Demokratiyanı qorumaq üçün ABŞ gürcü siyasətçilərə sanksiya tətbiq edə bilər
"Politico" - Demokratiyanı qorumaq üçün ABŞ gürcü siyasətçilərə sanksiya tətbiq edə bilər

 
Demokratiyanı qorumaq üçün ABŞ gürcü siyasətçilərə sanksiya tətbiq edə bilər-bu haqda məlumatı “Politico” yayır. Amerika nəşri yazır ki, əldə etdikləri qanun layihəsinə əsasən, hakim partiyanın qanunvericiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ölkədə fəaliyyət göstərən rus agentlər sanksiyaların hədəfinə çevriləcək.

Məqalədə qeyd edilir ki, qanun layihəsi ABŞ-ın yüksək rütbəli rəsmilərinin üzərinə “Gürcüstanda mövcud qeyri-müvafiq siyasi təsir, kleptokratiya və elitar korrupsiya haqqında” konqresə məlumat vermək öhdəliyi qoyacaq. Həmçinin, ölkədə fəaliyyət göstərən mümkün rus və Çin kəşfiyyatının aktivləri haqqında.

“Politico”nun verdiyi məlumata əsasən, qanun layihəsi ABŞ hakimiyyətinə “hökumətin rəsmi şəxslərinə və Gürcüstanda demokratiya, insan hüquqları və ya təhlükəsizliyə xələl gətirən və ya zərər vuran digər şəxslərə” sanksiya tətbiq etmək mandatı verəcək. “Rus tipli qanunun qəbulun”a görə məsuliyyət daşıyan siyasətçilər və onların ailə üzvləri üçün ABŞ-a səyahət məhdudlaşdırılacaq.

Nəşrin verdiyi məlumatda, sanksiyaların aksiyaların yatırılmasında iştirak etmiş Gürcüstanın hüquq-mühafizə və təhlükəsizlik xidmətinin əməkdaşlarına da şamil ediləcəyi deyilir.
“Politico”nun verdiyi məlumata əsasən, layihədə deyilir ki, “Gürcü Arzusu” Rusiya ilə getdikcə daha çox dırnaqarası uyğunlaşma siyasəti aparır, bu da “qeyri-liberal siyasətə dönüşün bir hissəsi”dir.

Qanun layihəsində həmçinin qeyd olunub ki, “Tbilisi açıq şəkildə ABŞ və demokratiyanın inkişafı üçün çalışan digər Qərb təşkilatlarına, eləcə də yerli və beynəlxalq vətəndaş cəmiyyətinə hücum edir, eyni zamanda Rusiya və Çinlə əlaqələri gücləndirir”.
“Politico”nun yazdığı kimi, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilson bu gün sözügedən layihəni təqdim edəcək.