Polislər üçün Cikia küçəsində 1000 mənzilli yaşayış kompleksi, polis şəhərciyi tikiləcək
Polislər üçün Cikia küçəsində 1000 mənzilli yaşayış kompleksi, polis şəhərciyi tikiləcək

 
Polislər üçün Cikia küçəsində 1000 mənzilli yaşayış kompleksi, polis şəhərciyi tikiləcək-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

“Qəhrəman polislərimiz üçün 1000 mənzilli polis şəhərciyi inşa etməklə bağlı mən və daxili işlər naziri birgə qərar verdik, bu hər ikimizin böyük arzusudur. Bu layihəyə də bu il başlayacağıq. Artıq hazırlıq işlərinə başlamışıq. Yer də seçilib. Əvəllər xüsusi təyinatlı polis bazasının yerləşdiyi Cikia küçəsində bu layihənin həyata keçirilməsi Vaxtanq Qomelaurinin ideyası idi. Sözügedən baza başqa yerə köçürüldü. Beləliklə, bu yerdə nazir olduğum dövrdə qəhrəman əsgərlərimiz üçün tikilən kompleks kimi, 1000 mənzilli yaşayış kompleksi , polis şəhərciyi tikiləcək. Xatırlayırsınız mı, bu ilin sentyabr ayında əsgərlərimizə təhvil veriləcək 1000 mənzilli ordu şəhərciyi tikmişik . Bu cür analoji şəhər polis əməkdaşlarımız üçün də tikiləcək”- deyə İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, sözü gedən yaşayış kompleksində polislər üçün yaradılacaq şərait Ordu Şəhərciyində əsgərlər üçün yaradılan şərait kimi olacaq.

“Şərtlər ordu halında olduğu kimi olacaq, yəni polislərimiz 1 kv. metrə 100 dolları lari ilə ödəyəcəklər, geridə qalanı dövlət qarşılayacaq. Düşünürük ki, bu davamlı olmalıdır, birdəfəlik layihə olmamalıdır, davam etdirilməlidir. Bu, polislərimiz üçün əlavə motivasiya mənbəyi olmalıdır. Mən dönə-dönə demək istəyirəm ki, xalqımız, ölkəmiz üçün özünü qurban verən insanları ləyaqətlə, müvafiq şəkildə qiymətləndirmək bizim borcumuzdur” -deyə İrakli Ğaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, həmçinin bütün polis binalarının və xüsusi tapşırıqlar departamentinin bazalarının yenilənməsi-reabilitasiyası və vahid standarta çatdırılması nəzərdə tutulur, Sərhəd Polisində də yeni sektorlar inşa ediləcək.

Bundan əlavə, baş nazirin sözlərinə görə, yeni polis binalarının inşasına ehtiyac var və bu da həyata keçiriləcək.

İrakli Ğaribaşvili, layihənin ümumi dəyərinin 300-350 milyon lari təşkil etdiyini və işlərin üç ilə başa çatdırılmalı olduğunu bildirib.