Polis Tbilisidə gizli işləyən gecə klubu və barın fəaliyyətini dayandırdı
Polis Tbilisidə gizli işləyən gecə klubu və barın fəaliyyətini dayandırdı

Polis Tbilisidə izolyasiya və karantin qaydalarının ikincə dəfə pozulması faktını aşkarladı və gizli işləyən gecə klubu və barın fəaliyyətini dayandırdı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gecə klubu 2020-ci ilin may ayında, inzibati hüquq pozuntuları məcəlləsinin 42-ci maddənin, 10-cu prima maddəsi ilə, 2 dəfə 10 000-10 000 lari ilə cərimələnmişdi. Həmçinin, cərimələrdən baş qaçırdamq üçün klub bir neçə dəfə adını dəyişdirdi və fəaliyyətinə davam etdi.

“İn da Haus” klubu, karantin qaydalarını pozaraq, saat 21:00-dan sonra da işləməyə davam edirdi.

Qadağan edilən iqtisadi fəaliyyətinə görə,  Qalaktioni körpüsünün altında yerləşən “İn da Haus” klubuna qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 248-ci maddəsinin prima maddəsi ilə, istintaq başladı. Obyekt isə, hüquqmühafizə orqanları tərəfindən kilitləndi.