Polis Tbilisidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Polis Tbilisidə qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci il təvəllüdlü S.P. qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.

Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

İstintaqla, təqsirləndirilən şəxsin bu ilin yanvarın 25-də Tbilisi şəhərində qarşılıqlı mübahisə zəminində 2003-cü il təvəllüdlü N.A.-ya soyuq silahdan istifadə etməklə ölümcül xəsarətlər yetirdiyi, bundan sonra isə hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.

Polis həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi cinayət törədildikdən bir neçə saat sonra saxlayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.