Polis Marneulidə iki nəfərin qətlə yetirilməsi ilə bağlı ata-oğulu həbs edib
Polis Marneulidə iki nəfərin qətlə yetirilməsi ilə bağlı ata-oğulu həbs edib

Polis Marneulinin Axlolalo kəndində baş verən qətl cinayəti faktını açdı və iki nəfər həbs edilib” – bu barədə Daxili İşlər Nazirliyi bəyan edir.

“Daxili İşlər Nazirliyinin Kvemo-Kartli polis departamentini əməkdaşları təcili sürətlə keçirdikləri operativ istintaq nəticəsində, 1982-ci il təvəllüdlü ata və 2004 təvəllüdlü oğlunu Marneulidə həbs etdilər.

Onlar qrup şəklində 1981 təvəllüdlü Z.B-yı və 1997-ci il təvəllüdlü A.R-yı, keçmişdə aralarında olan münaqişəyə görə qətlə yetirməkdə ittiham olunurlar.

Qeyd olunan qətl cinayəti 16-dan 20 ilə qədər həbs cəzasını tələb edir”, – deyilir Daxili İşlər Nazirliyinin məlumatında.

Polis dəlil olaraq, ittiham edilənlərin evindən ov tüfənglərini çıxardıb.

Faktla bağlı istintaq cinayət məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “e” və 3-cü hissəsinin “a” maddələri ilə aparılır.