Polis, fövqəladə vəziyyət rejiminin pozulmasının 107 faktını aşkarladı
Polis, fövqəladə vəziyyət rejiminin pozulmasının 107 faktını aşkarladı

Son  24 saat  ərzində monitorinq nəticəsində    fövqəladə vəziyyət  rejimi  və komendant saatının məhdudiyyətlərinin pozulmasına  dair 107 yeni fakt müəyyən edilib.

Polis komendant saatının pozulması faktı  ilə əlaqədar  olaraq, bütün  ölkə miqyasında  mayın 4-də saat 20:00-dan, 5 may saat 06:00-a kimi 86 vətəndaşı cərimələyib.

Bundan əlavə,   ictimai məkanda 3 nəfərdən artıq insanın  bir araya  gəlməsi və  2 metrlik sosial məsafənin  qorunmaması səbəbi  ilə,  cəmdə  16  vətəndaş  cərimələnib.

Polis, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz ilə birgə monitornq nəticəsində özünü təcrid qaydalarının pozulması üzrə bir yeni fakt aşkarladı.

Hüquqmühafizəçilər  sərnişinlərin daşınması  və avtomobillə  hərəkət qaydasının  pozulması  ilə əlaqədar daha 4  nəfəri cərimələyib.

Xatırladaq ki, fövqəladə vəziyyət rejiminin pozulması fiziki  şəxsin 3 min lari, hüquqi şəxsin isə 15 min lari miqdarında cərimələnməsini nəzərdə tutur.