Polis Borcomidə "isti izlər"lə ölüm cinayətinin üstünü açıb, bir nəfər saxlanılıb
Polis Borcomidə "isti izlər"lə ölüm cinayətinin üstünü açıb, bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində “isti izlər”lə 2006-cı il təvəllüdlü T.B. saxlanılıb. O, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.

“İstintaqla müəyyən edilib ki, bu ilin iyulun 8-də təqsirləndirilən şəxs Borcomi şəhərinin mərkəzi parkında qarşılıqlı mübahisə zəminində 2000-ci il təvəllüdlü D.X.-nın bədəninə soyuq silahla çoxsaylı xəsarətlər yetirib. Yaralı xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat və əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən T.B. hadisə yerindəcə saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Agentliyin məlumatına əsasən, qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.

Cinayət 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.