Polis aqrar bazarlarda koronavirusla bağlı rekomendasiyaların icra edilməsinin monitorinqini keçirir
Polis aqrar bazarlarda koronavirusla bağlı rekomendasiyaların icra edilməsinin monitorinqini keçirir

Gürcüstanın Daxili İşlər Nazirliyinin patrul polis departamentini və həmçinin, regional bölmələrin əməkdaşları, covid-19-un yayılmasına qarşı yönəldilən qaydaların və rekomendasiyaların icra edilməsinin monitorinqini aqrar bazarlarda və bazar ərazilərində intensiv rejimdə keçirirlər.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Hüquqmühafizəçilər paytaxtda və Gürcüstanın bütün şəhərlərində mövcud olan aqrar bazarlarda və həmçinin, bazar ərazilərində ictimai sağlamlıq təhlükəsizliyini intensiv rejimdə qoruyurlar. Daxili İşlər Nazirliyinin əməkdaşları bazar girişində və bazarların daxili ərazisində vətəndaşlar tərəfindən tibbi maskanın taxılıb-taxılmadığına və koronavirusun yayılmasının prevensiyası üçün gərəkən qaydaların qorunmasına nəzarət edirlər” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.

Daxili İşlər Nazirliyi bütün vətəndaşlara müraciət edir ki, sosiyal məsafəyi qorusunar, tibbi maskaları düzgün şəkildə taxsınlar və polisin töhmətlərinə riayət etsinlər.