Piter Stano - Qanun layihəsi təsdiqlənərsə, bu, Gürcüstanın Avropa perspektivi üçün ciddi əngəl olacaq
Biz hadisələri olduqca diqqətlə müşahidə edirik, Gürcüstanın Avropa istəkləri üçün olduqca təhlükəli olan bu qanun layihəsi haqqında fikrimizin nə olduğunu, mövqeyimizi aydın şəkildə ifadə etmişik, irəli çəkilməyəcəyinə ümid edirik, ancaq hadisələrin necə inkişaf edəcəyini də müşahidə edirik – bu haqda Avropa İttifaqının ali nümayəndəsinin sözçüsü Piter Stano açıqlayıb.
O, Avropa İttifaqı və ona üzv dövlətlərin gözləntilərini kifayət qədər aydın şəkildə ifadə etdiklərini bildirib.
“Müzakirə davam edir, qanun layihəsinin müzakirəsi üçüncü mərhələdədir. Avropa İttifaqı və ona üzv dövlətlər gözləntilərini kifayət qədər aydın şəkildə ifadə etdilər. Qanun layihəsi təsdiqlənərsə, bu, Gürcüstanın Avropa perspektivi üçün ciddi əngəl olacaq. Hərçənd, yekun nəticə olanda konkret nəticələri müzakirə edəcəyik və üzv dövlətlər Avropanın cavabının nə olacağını öz aralarında müzakirə edəcəklər” – Piter Stano açıqlayıb.