Peter Fişer - Tbilisidə məyusedici gün, dinc toplaşmaq azadlığı pozuldu, "Tbilisi Pride"a tam dəstək
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədə “Pride” festivalı ilə bağlı baş verənlərə münasibət bildirir və dinc toplaşmaq azadlığının pozulduğunu qeyd edir.
“Tiblisidə məyusedici gün. Gürcüstan qanunları pozulub. Bundan başqa, Gürcüstanın ratifikasiya etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 20-ci maddəsi ilə qorunan dinc toplaşmaq azadlığı da pozulub. “Tbilisi Pride”a tam dəstək”- Peter Fişer yazır.
“Pride” festivalının keçiriləcəyinin elan olunduğu “Lisi Wonderland”a yaxın ərazi tədbirin keçirilməsinə etiraz edən aksiya iştirakçıları tərəfindən zəbt edilib. “Tbilisi Pride” bəyanat yayıb ki, festival iştirakçıları ərazini tərk etməli olublar. Bundan əlavə, “Tbilisi Pride” bu gün baş vermiş hadisələrlə bağlı bir müddət əvvəl daha bir bəyanat yayıb. Bəyanatda qeyd edildiyi kimi, “hökumət zorakılığı həvəsləndirdi və dəstəklədi”.