Pis hava şəraiti Tsalencixada problemlər yaradıb
Pis hava şəraiti Tsalencixada problemlər yaradıb

 
Pis hava şəraiti Tsalencixada problemlər yaradıb. Güclü qar nəticəsində elektrik verilişi xətləri sıradan çıxıb, xüsusi qruplar işləyir və elektrik enerjisinin verilişinin mərhələli şəkildə bərpası davam etdirilir. Həmçinin internet ləngimələrlə işləyir, telefon əlaqəsi də problemlidir.

Meriyanın abadlaşdırma xidməti əraziləri küləyin qopardığı ağaclardan təmizləyir.

Mərkəzi yol açılıb, ərazidə texnika işləyir, duz səpilir.