Peyvənd olunmuş şəxslər üçün təcrid və karantin müddəti bu gündən azaldılır
Gürcüstanda bəzi kateqoriyalar üçün təcrid və karantinə dair tətbiq olunan müddət bu gündən azaldılır.
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, asimptomatik, yüngül yoluxma halları üçün təcrid və karantin müddəti səkkiz gün olacaq. Bununla yanaşı, təcrid müddətinin başa çatmasından sonra növbəti beş gün ərzində maska taxmaq qəti şəkildə tövsiyə olunur.
“Orta və ağır hallar üçün müddət ən azı 10 gündür və son 24 saat ərzində simptomlarda kəskin yaxşılaşma dinamikası qeydə alınmalıdır. Təcrid müddətinin başa çatmasından sonra növbəti beş gün ərzində maska taxmaq qəti şəkildə tövsiyə olunur.
Kontaktlara gəlincə, kontakt halında da müddət azaldılır və yüngülləşdirilir. Əgər təmasda olan şəxs peyvəndlənibsə, o cümlədən buster dozanı qəbul etmiş şəxslər və yalnız ilk iki dozanı qəbul etmiş şəxslər , bu dozaların qəbulundan sonra 90 gün ərzində karantin öhdəliyindən azad edilirlər. Yəni onlar üçün karantinə ehtiyac yoxdur. Həmçinin, kovid infeksiyasını keçirdikdən sonra 60 gün ərzində maska taxmağa dair ciddi tövsiyə verilən şəxslər təmasdan 10 gün sonra karantində olmaya bilərlər.
Peyvənd olunmamış şəxslərə gəlincə, onlara təmasda olduqdan sonra səkkiz gün karantində qalmaq və 9-12 gün ərzindən maskadan istifadə etmək tövsiyə olunur” – deyə Tamar Qabunia bildirib.