Peter Fişer - Bu gün biz azadlıq, demokratiya və müstəqillik uğrunda canlarını fəda etmiş gürcüləri ehtiramla yad edirik
Peter Fişer - Bu gün biz azadlıq, demokratiya və müstəqillik uğrunda canlarını fəda etmiş gürcüləri ehtiramla yad edirik

 
Bu gün biz azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizə aparan və canlarını fəda etmiş gürcüləri ehtiramla yad edirik, bu hamımızın daimi borcudur – bu haqda Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer 9 Aprel faciəsinin 35-ci ildönümü ilə əlaqədar açıqlayıb.

“Biz azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizə aparan və canlarını fəda etmiş gürcüləri ehtiramla yad edirik. Bu, Berlin divarının uçmasından yarım il əvvəl baş verib. Siz bizim Almaniyada etdiyimiz kimi azadlıq, demokratiya və müstəqillik uğrunda mübarizə aparırdınız. Azadlıq, demokratiya və müstəqillik bizim hamımızın daimi borcudur”- Peter Fişer açıqlayıb.

9 Aprel faciəsindən 35 il keçir. 1989-cu ilin aprelin 9-da səhər tezdən Sovet İttifaqının Silahlı Qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, parlament binası yaxınlığında dinc aksiyanı dağıtdılar, bu insanlar arasında tələfatla nəticələndi. Aksiyanın dağıdılması nəticəsində 21 nəfər həlak oldu, yüzlərlə vətəndaş isə tərkibi naməlum qazdan zəhərləndi. Daha sonra, 1991-ci ilin aprelin 9-da isə Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyini elan etdi.