Pərvanə aşırımında bəzi növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Pərvanə aşırımında bəzi növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Atomobil Yolları Departamentinin verdiyi məlumata görə, Pərvanə aşırımında bəzi növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

“Çovğun və boranla əlaqədar olaraq ölkədaxili əhəmiyyətə malik Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110- km-lik (Pərvanə aşırımı) hissəsində qoşqulu, yarımqoşqulu və 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) M3 kateqoriyalı avtomobillərin hərəkəti qadağandır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Magistralın qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.