Pərvanə aşırımında avtomobillərin hərəkəti qadağan edilib
Pərvanə aşırımında avtomobillərin hərəkəti qadağan edilib

Ölkədaxili əhəmiyyətə malik Koda-Partxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110 km-lik hissəsində (Pərvanə aşırımı) qar çovğunu ilə əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Qurumdan verilən məlumata görə, həmin avtomobil yolunun 110-147 km-lik (Pərvanə-Ninotsminda) hissəsində qoşqulu, yarımqoşqulu və sərnişinlərin daşınması üçün 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) M3 kateqoriyalı avtomobillərin hərəkəti qadağan edilib. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Avtomobil yolunun1-94 km-lik (Koda-Ayazma) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.