Pentaqonun məlumatına əsasən, ABŞ və onun müttəfiqləri Ukraynanı ərazisini müdafiə etmək üçün lazım olan hər şey ilə təmin etməyə hazırdırlar
ABŞ və onun müttəfiqləri Ukraynanı suveren ərazisini müdafiə etmək üçün lazım olan hər şey ilə təmin etməyə hazırdırlar.
Pentaqonun məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Taylanda səfəri zamanı keçirilən brifinqdə bildirib.
“ABŞ Ukraynanı hər şeylə təmin etməyə və onun uğur qazanmasına kömək etməyə hazırdır. Bizim bütün dünyada Ukraynaya real olaraq yardım etməyə hazır olan tərəfdaşlarımız var”-deyə Lloyd Ostin qeyd edib.
Ostin həmçinin bildirib ki, bu həftə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun üçüncü iclası keçiriləcək.
“Bu, Ukraynaya Rusiyanın əsassız hücumundan özünü qorumaq üçün indi lazım olan hər şeyi tədarük etməyi təmin etmək istiqamətində dünya üzrə artan tərəfdaşlarımızı bir araya gətirmək üçün mühüm fürsət olacaq”-deyə ABŞ-ın müdafiə naziri bildirib.